Əsas Səhifə > Güney Press > Pezeşkianın müavini:

Pezeşkianın müavini:


Bu gün, 12:24

“Müharibə başa çatdıqdan sonra iqtisadiyyat və enerji daşıyıcıları ilə bağlı nə edəcəyimiz məsələsinə keçməliyik. Litri 70 min tümənə başa gələn benzini 1500 tümənə satmaq olmaz. Bunu heç bir sağlam düşüncə qəbul etmir. Üstəlik, bir dövlət qulluqçusunun maaşı 500 dollardan da azdır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaimpənah deyib.

Qaimpənahın sözlərinə görə, İranda inflyasiya 30-80 faiz arasındadır, ərzaq məhsullarında isə bu göstərici 123 faizə çatıb:

“Büdcəmiz balanssız olduğuna görə pul çap etməyə məcburuq, bu da inflyasiyaya səbəb olur. Dünyanın heç bir yerində müharibə aparıb inflyasiyanın olmaması mümkün deyil.

Reallıq budur ki, ölkənin iqtisadi vəziyyəti yaxşı deyil və ən böyük təzyiq əhalinin üzərinə düşür. Hökumətin bütün səyləri vəziyyəti düzəltməyə yönəlib, amma ilk gündən bizə islahat aparmaq imkanı verilməyib”.


Geri qayıt