Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
Məlumata görə, Agentliyin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Sözügedən işlərin icrasına 130 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, su anbarının tikintisi işlərinin icrası ilə bağlı hələ ötən il “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı ilə razılıq əldə olunub.
Qeyd edək ki, hələ 2022-ci ildə Bərgüşadçay su anbarının Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.
Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.