Əsas Səhifə > Güney Press > Rusiya onların "ovuna" çıxa bilər

Rusiya onların "ovuna" çıxa bilər


Bu gün, 08:14

Böyük Britaniyanın Ukraynaya silah və PUA tədarük edən müdafiə şirkətlərinin rəhbərləri Rusiya xüsusi xidmət orqanları tərəfindən mümkün təhlükə ilə üzləşə biləcəkləri barədə xəbərdar ediliblər.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" məlumat yayıb.

"Xəbərdarlıq hələ yayın əvvəlində yüksəkvəzifəli məmurların müdafiə şirkətlərinin rəhbərləri ilə görüşündə səsləndirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərarı, həmçinin Almaniyanın müdafiə sənayesi şirkətlərinin rəhbərlərinə qarşı planlaşdırılan və qarşısı alınan sui-qəsdlər barədə yayılan məlumatlardan sonra verilib",- məlumatda deyilib.


Geri qayıt