Əsas Səhifə > Güney Press > ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcəkBu gün, 07:15 |
|
ABŞ administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəsi olan müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Teleqraf “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib. “Hər həftə onların sayının xeyli artdığını görəcəksiniz. Biz banklardan başlayırıq və onlara bildiririk ki, İranın pullarını saxlamaq və rejimə yardım etmək yolverilməzdir”, - Bessent deyib. Nazir avqustun 31-dən sentyabrın 1-dək ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə digər dövlətlərin nümayəndələrini də İranla əlaqələrə görə sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdar edəcəyini bildirib. Qeyd edək ki, Bessent avqustun 24-də Vaşinqtonun İrana qarşı sanksiyalar rejimini kəskin sərtləşdirdiyini açıqlayıb. ABŞ Tehranın gəlir mənbələrini maksimum dərəcədə məhdudlaşdırmağı, yeni sanksiyalara əməl etməyən ölkələrə isə ikinci dərəcəli məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Geri qayıt |