Əsas Səhifə > Güney Press > NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir

NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir


Bu gün, 06:17

NATO Arktikanı Rusiyanın və onun tərəfdaşlarının inkişafının qarşısını almaq üçün yeni qarşıdurma cəbhəsinə çevirmək niyyətini gizlətmir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arktikada beynəlxalq əməkdaşlıq: çağırışlar və imkanlar” adlı məqaləsində bildirib.

Lavrovun sözlərinə görə, Qərb ölkələri hərbi sahədə məqsədyönlü şəkildə etimadsızlıq mühiti yaratmaqla yanaşı, Arktikada birgə layihələrin həyata keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslərə qarşı maliyyə-iqtisadi sanksiyalar vasitəsilə Rusiyanın beynəlxalq əməkdaşlıq sahəsindəki hüquqlarına zərbə vurmağa çalışır.

“NATO üzvləri və digər Qərb ölkələri əsl məqsədlərini gizlətmirlər. Onlar Arktikanı ölkəmizin və həmfikirlərimizin inkişafının qarşısını almaq üçün yeni qarşıdurma cəbhəsinə çevirmək vəzifəsini açıq şəkildə bəyan edirlər”, – Lavrov vurğulayıb.


Geri qayıt