Əsas Səhifə > Güney Press / Partiya > "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..."
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..."Bu gün, 08:41 |
|
"2000-ci ildə hər 1000 nəfər 15–64 yaşlı əhaliyə 83 nəfər 65 və yuxarı yaşlı düşürdü. 2026-cı ilin əvvəlində göstərici 152 nəfərə çatıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir "2020-ci ildə hər 1000 nəfər 15–64 yaşlıya 104 yaşlı düşürdüsə, 2023-cü ildə bu göstərici 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfərə yüksəlib. Eyni zamanda 65+ yaşlıların mütləq sayı 2000-ci ildəki 419,5 min nəfərdən 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb.
Doğum kəskin azalır, əhali sürətlə qocalır, bir müddət sonra təqaüd və səhiyyə sisteminə böyük yük düşəcək – hökumət isə hələ ki, bu günlə yaşayır, “5 günlük dünyadı”, prinsipi ilə davranır.
Hökumətlər, dövlətlər azı 20-25 illik proeksiyalar qurmağı, önünü planlaşdırmağı bacarmalıdır – yoxsa çox ciddi böhranlı məsələlərlə üzləşirlər, zamanında tədbir görülməyəndə isə, problemlərin həlli daha bahalı, daha ağrılı olur..."
Geri qayıt |