Əsas Səhifə > Güney Press > “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər”

“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər”


Bu gün, 12:13

“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ

“İslam Rzayev şəxsi həyatında bəxti gətirmədi. Sənətində qazandığı uğurları qədər ailəsindən yarımadı. Tamaranın övladlarını böyütdü, onun övladları dayımın qulluğunda durdu, dayım da onları öz övladı kimi saxladı. Nəvələri yaşayır, amma bir dəfə də məzarı üstünə gəlmirlər. Fəxri Xiyabandan gedib soruşun ki, nəvələri gəlir?! Həm ad günündə, həm də anım günlərində məzarı üstünə gedirəm. Orada nə bir adam, nə də məzarı üstündə bir gül dəstəsi görmürəm. İslam müəllim onları böyüdüb, toylarını edib, işə qoyub. Elə atalar var ki, doğma övladına bunu etmir”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib.
“Leyla xanım İslam müəllimin həyat yoldaşı idi. Amma Leyla xanım olmayanda da Tamara onun həyatında olub, münasibət saxlayıblar. Tamaranın ailəsi, əri, oğlanları var idi. İslam müəllimi sevəndən sonra ailəsini ona görə atdı, bir yerdə yaşadılar. Tamara təkid edirdi ki, onu boşa, mənimlə yaşa. Dayım da deyirdi ki, “Leyla anamın gəlinidir, heç vaxt ayrılmaram”. Dayımın bir neçə evi var idi. Hamısı Tamaranın nəvələrinə qaldı. Bizim gözümüz heç nədə yoxdur, heç nə də istəmirəm. Əslində bütün var-dövlət İslam müəllimin kəbinli həyat yoldaşı Leyla xanımın olmalı idi. Dayım hamısını onlara bağışladı”, - deyə o bildirib.
Arzu Şəmiyeva müğənnilərə də irad bildirib:
“Dayımın mahnılarını oxuyurlar. Bir dəfə də efirdə demirlər ki, “bu mahnının ilk ifaçısı İslam Rzayev olub”. “Yenilməz batalyon” filmində də mahnını dayım oxuyub. Keçən dəfə Mətanət Əliverdiyeva efirdə verdi, amma o da demədi ki, bu mahnını İslam Rzayev oxuyub. Mən də məəttəl qaldım, çünki Mətanət xanımın hər şey haqda məlumatı var”.

Geri qayıt