Əsas Səhifə > Güney Press > ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarınıBu gün, 08:50 |
|
ABŞ-nin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatların regiondakı səfirliklərə qaytarılmasına başlanılıb. Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamenti bu həftə Yaxın Şərqdə çalışan əməkdaşlarının mövcudluğu ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Bununla belə, regiondakı ABŞ diplomatik nümayəndəliklərinin əksəriyyətinin hələlik tam heyətlə fəaliyyətə qayıtmağı planlaşdırmadığı bildirilir. AP qeyd edir ki, diplomatların geri qaytarılması Vaşinqtonun İranla münaqişəyə yanaşmasında dəyişiklik edilməsi demək deyil. Bu addım daha çox Dövlət Departamentinin diplomatların xidmət yerlərindən kənarda qala biləcəyi müddəti məhdudlaşdıran kadr siyasəti ilə əlaqələndirilir. Bundan əvvəl “The New York Times” ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən Vaşinqtonun diplomatların Yaxın Şərq ölkələrindəki səfirliklərə qaytarılmasına hazırlaşdığını bildirmişdi. Geri qayıt |