Əsas Səhifə > Güney Press / Partiya > Qarabağa gedən partiya sədri hökumətə səsləndi

Qarabağa gedən partiya sədri hökumətə səsləndi


Bu gün, 06:55

"Vətən müharibəsi Əsgərimizin, Dövlətimizin böyük qələbəsi ilə bitən gündən, Şuşa işğaldan azad ediləndən, Xankəndi yurdumuza çevriləndən, “rusmərəmləlar” şələ-şüləsini yığışdırıb məmləkətimizdən gedəndən sonra işğaldan azad olunan bölgələrimizə qrup halında iki dəfə səfər etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Amma, ailəmizdə bir arzu vardı, oğlum Adnan bəyə, həyat yoldaşıma sözüm var idi ki, öz maşınımızla Şuşaya, Xankəndinə, işğaldan azad edilmiş bölgələrimizə səfər edəcəyik.
Dünən bu səfərimiz baş tutdu, Şuşada, Xankəndində olduq, doyunca gəzdik, duyğulandıq, Əsgərimiz qəhramanlığı ilə bir daha fəxr etdik. Allah Şəhdlərimizə rəhmət etsin, Qazilərimizə can sağlığı nəsib etsin! Amin!
Əvvəl onu deyim ki, Dövlətimiz cəmi 6 ilə infrastruktur olaraq fantastik iş görüb – yollar, tunellər, tikintinin miqyası doğrudan da, möhtəşəmdir.
Şuşada az da olsa, turist var idi, insanların fəxrlə Cıdır Düzündə, Şuşa qalasında gəzdiyini gördüm, kafelər, restoranlar işləyirdi. Amma, yerli camaat deyirdi ki, sentyabrdan sonra turist sayı minimuma düşəcək, xeyli azalacaq – yəni, dünənki durumu hələ yaxşı sayırdılar, baxmayaraq ki,turist sayı o qədər də çox deyildi.
Gələk indi problemlərə, düşündürücü məqamlara: “Yasemen Hotel”-də qaldıq - əvvala onu deyim ki, otelin aurası, təmiri, dizaynı fantastikdir, konsepti çox maraqlıdır. İşçiləri gülərüz, qonaqlara münasibəti əladır.
Amma....qiymət 4-cü gün üçün 160 manat idi, dedilər ki, həftə sonu 200-220 manat olur. Biz 3 nəfər getmişdik, mən, yoldaşım, bir də 14 yaşlı Adnan bəy – oteldə dedilər ki, bir otaqda 3 nəfər qala bilməzsiniz, qadağandır. Yəni, açılan kiçik çarpayı qoymurlar, bunu qadağan ediblər – nə isə, məcbur qalıb 2 nömrə tutduq, xərcimiz xeyli artdı.
Haşiə: Yaxın dostlarımdan biri bir neçə il əvvəl İtaliyada kiçik bir oteldə uzun zaman qalmalı olur, həmin dövrdə futbol üzrə çempionat da gedirmiş, ucuz otel olduğundan nömrədə çox kiçik ekranlı, köhnə bir TV var imiş deyə, lobbidə böyük ekranda oyunlara baxırmız, hər gün baxan zaman bir şeylər içəndə nömrəyə yazdırırmış ki, “check-out” edərkən birlikdə hamısını ödəsin. Futbola baxan zaman kiçik ailə otelinin sahibi ilə tanış olur, məlum olur ki, eyni klub komandasına azarkeşlik edirlər, dostum deyir ki, oteldən çıxanda borcunu ödəmək istəyəndə sahibi deyib ki, bu oteldən hədiyyə olsun, eyni komandanın azarkeşiyik, maraqlı söhbətlər də etdin bu günlərdə.
Bunu niyə yazdım – otelin sahibi bunu biznes kimi işlədəndə daha rahat olur, özü qərarlar verir. Mən anladım ki, “Yasemen Hotel”-də müdir kimi çalışan özü qərar verə bilmir, biznes kimi işlədə, baxa bilmir, kimlər yuxarıdan nə tapşırıbsa, o xəttlə də gedir, “flexible” deyil, ola bilmir-bilmiz də.
O gözəllikdə oteldə bizdən başqa cəmi 1 otaq dolu idi, yəni, 3 korpusu, onlarla nömrəsi olan oteldə cəmi 3 nömrə doludur, amma uşağa bizlə bir otaqda qalmağa icazə verilmir, 2-ci otağa endirim edilmir, ümumiyyətlə, çevik qiymət siyasəti aparılmır. Çünki, bu tip obyektlər biznes məntiqi ilə idarə edilmir, biznes məntiqi çeviklik tələb edir, pul qazanmağın yollarını axtarır – biznes məntiqi işləməyəndə, əsas qazanc yeri həmin biznes olmayanda effekt də olmur.
Digər mühim məsələ isə işğaldan azad edilən bölgələrimizdə mülkiyyət məsələsinin hələ də həll olunmamasıdır – mülkiyyət məsələsi vacibdir, daşınmaz əmlaka, torpağa mülkiyyət hüququ yaranmasa, iqtisadi inkişaf çox çətin olacaq.
Bir problem də odur ki, Şuşanın, Xankəndinin kafe-restoranlarına ərzaq ya Bakıdan gəlir, ya Bərdədən, Yevlaxdan, yəni, ora köçürülən insanlar torpaqdan aralı qalıb, nə mal saxlaya bilir, nə toyuq-cücə, nə yer əkir, nə də məhsul yığa bilir. Anlayıram ki, hələ az zaman keçib, amma, indidən həmin şəhərlərin ətini-yağını, kartofunu-soğanını, mer-meyvəsini ərtaf kəndlər, rayonlar təmin etməlidir. Bu çox vacibdir, indidən bunun mexanizmləri qurulmalıdır.
Belə, fərəh, sevinc, fəxr dolu 2 gün keçirdik, amma, suallar, düşüncələr də yarandı – məmləkətdə bu məsələr ətrafında mütləq ciddi diskurs olmalıdır. İşğaldan azad edilən bölgələrimiz yaxın 5-10 ildə iqtisadiyyatımızın əsas "driver"-nə çevrilməli, o torpaqlarımızda, azı, 1 mln. insan yaşamalı, yaratmalı, qazanmalıdır..."

Geri qayıt