Əsas Səhifə > Güney Press > İrəvanın mərkəzində "Artsax":

İrəvanın mərkəzində "Artsax":


Bu gün, 18:03

Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatları yaxın aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümidlər yaratsa da, real siyasi mənzərə bunun əksini göstərir.

Paşinyan Ermənistanın yeni konstitusiyasının mətnindən Azərbnaycana qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın çıxarılacağını deyir.

Onun sözlərinə görə, “Qarabağ hərəkatı”nın bitirilməsinə qərar verilib. Əks təqdirdə, “Qarabağ hərəkatı”nın davam etdirlməsi yenidən münaqişəyə qayıtmaq demək olar. Lakin Ermənistan hakimiyyəti sülh prosesində “Bir addım irəli, iki addım geri” siyasətindən hələ əl çəkməyib.

Məsələn, avqustun 27-də Ermənistan Daxili İşlər Nazirliyi İrəvan şəhərindəki “Artsax” prospektində yerləşən qapalı səhmdar cəmiyyətlərdən birinin ərazisində yanğın hadisəsinin baş verməsi barədə məlumat yayıb.

Qərbədir, söhbət hansı “Artsax”dan gedir? Əgər Nikol Paşinyan sülhə nail olmaq üçün “Qarabağ hərəkatı”na son qoymağın vacibliyindən danışırsa, o zaman Ermənistan ərazisində “Artsax” adlı prospekt və ya küçə də olmamalıdır.

Uydurma “Artsax” termini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdiddir. Əgər İrəvan şəhərində böyük bir prospektə “Artsax” adını veriblərsə, deməli, sülhdən danışmaq hələ çox tezdir. Bu faktın özü Azərbaycana qarşı ərazi iddiasının davam etməsindən xəbər verir.

Halbuki, Ermənistanın Baş naziri 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn hərəkətlərə yol verməyəcəyinə dair sənədə imza atıb. Ona görə də Paşinyan “Qarabağ hərəkatı”na son qoymaq üçün mübarizəni ilk növbədə, İrəvanın mərkəzindən başlamalıdır.


Geri qayıt