Əsas Səhifə > Güney Press > SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI

SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI


Bu gün, 18:02

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin külli miqdarda vergi borcu yaranıb.

"DİA-AZ"ın məlumatına görə, şirkətin 28 avqust tarixinə olan vergi borcunun həcmi 39 milyon 740 min 193 manat təşkil edir.

Qeyd edək ki, 2006-cı ildə yaradılan idarənin nizamnamə kapitalı 104 milyon 178 min 899 manat, qanunu təmsilçisi Hacıyev Əkbər Hacı oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev, ev.19 ünvanıdır.

Bu şirkət cari ilin yanvar-iyul aylarında Qaz İxrac İdarəsinin ixrac gəlirləri ötən ilin eyni dövrünə nəzərən 29,4 milyon dollar və ya 4,8 dəfə azalaraq 7,7 milyon dollara düşüb.

Xatırladaq ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi təbii qazın ölkə daxilində nəqli, saxlanması və topdansatışı, həmçinin ixrac üçün nəzərdə tutulan qazın dövlətlərarası ölçü qovşaqlarına çatdırılması ilə məşğuldur.

İdarə, eyni zamanda, hasilatçılardan təbii qazın alınmasını və qazın paylayıcı şirkətlərə və iri istehlakçılara çatdırılmasını həyata keçirir.


Geri qayıt