Əsas Səhifə > Güney Press > Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib?

Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib?


Bu gün, 11:49

Son illərdə dünyanın ən böyük şirkətlərinin siyahısında ciddi dəyişiklik baş verib.
Yeniavaz.com
“Fortune Global 500”’ istinadla xəbər verir ki, 2020-ci ildə ilk onluqda enerji şirkətləri üstünlük təşkil etdiyi halda, 2026-cı ildə pərakəndə satış, texnologiya və səhiyyə şirkətləri ön plana çıxıb.
2020-ci ildə dünyanın ən çox gəlir əldə edən şirkəti ABŞ-nin “Walmart” şirkəti olub. Şirkətin illik gəliri 524 milyard dollar təşkil edib.
İlk onluqda beş enerji şirkəti yer alıb. Çinin “Sinopec” şirkəti 407 milyard dollar gəlirlə ikinci, Çinin Dövlət Şəbəkəsi 384 milyard dollarla üçüncü, “PetroChina” isə 379 milyard dollarla dördüncü olub.
2020-ci ilin ilk onluğu belə olub:
“Walmart” (ABŞ) – 524 milyard dollar;
“Sinopec” (Çin) – 407 milyard dollar;
Dövlət Şəbəkəsi (Çin) – 384 milyard dollar;
“PetroChina” (Çin) – 379 milyard dollar;
“Shell” (Böyük Britaniya) – 352 milyard dollar;
“Saudi Aramco” (Səudiyyə Ərəbistanı) – 330 milyard dollar;
“Volkswagen” (Almaniya) – 283 milyard dollar;
BP (Böyük Britaniya) – 283 milyard dollar;
“Amazon” (ABŞ) – 281 milyard dollar;
“Toyota” (Yaponiya) – 275 milyard dollar.


Beləliklə, Çin şirkətləri ilk dörd mövqedən üçünü tutub. Enerji sektorunun güclü mövqeyinə baxmayaraq, pandemiya dövründə enerji tələbatının azalması bu şirkətlərin reytinqdəki mövqeyinə təsir edib.
2026-cı ildə isə mənzərə tamamilə dəyişib. “Amazon” 717 milyard dollar gəlirlə dünyanın ən böyük şirkəti olub. Pandemiya zamanı insanların daha çox onlayn alış-veriş etməsi “Amazon”un satışlarının sürətlə artmasına səbəb olub.
2026-cı ildə “Amazon” “Walmart”ı cəmi 4 milyard dollar fərqlə geridə qoyaraq ilk pilləyə yüksəlib.
2026-cı ilin ilk onluğu belə olub:
“Amazon” (ABŞ) – 717 milyard dollar;
“Walmart” (ABŞ) – 713 milyard dollar;
Dövlət Şəbəkəsi (Çin) – 555 milyard dollar;
“UnitedHealth Group” (ABŞ) – 448 milyard dollar;
“Saudi Aramco” (Səudiyyə Ərəbistanı) – 446 milyard dollar;
“Apple” (ABŞ) – 416 milyard dollar;
“McKesson” (ABŞ) – 403 milyard dollar;
“Alphabet” (ABŞ) – 403 milyard dollar;
“CVS Health” (ABŞ) – 402 milyard dollar;
“PetroChina” (Çin) – 402 milyard dollar.


Reytinqdə diqqətçəkən dəyişikliklərdən biri səhiyyə sektorunda baş verib. 2020-ci ildə ilk onluqda olmayan “UnitedHealth Group” və “CVS Health” 2026-cı ildə ən böyük şirkətlər sırasına daxil olublar.
“UnitedHealth Group” 448 milyard dollar gəlirlə dördüncü, “CVS Health” isə 402 milyard dollar gəlirlə doqquzuncu pillədə qərarlaşıb.
Beləliklə, 2020-ci ildən 2026-cı ilə qədər dünyanın ən böyük şirkətlərinin tərkibində enerji sektorunun çəkisi azalıb, pərakəndə satış, texnologiya və səhiyyə şirkətlərinin mövqeyi isə güclənib.


Geri qayıt