Əsas Səhifə > Güney Press > “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür”

“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür”


Bu gün, 18:01

“Nəvəmin toyu olmayıb. Sosial şəbəkələrdə “Vüqar Biləcərinin qardaşı oğlunun kiçik toyu” adı ilə paylaşılan xəbərlər yalandır. O bir “dost” dediyi insanın uydurmasıdır. Özünü Vüqarın qardaşı adlandırır, amma heç bir dəfə də məni yada salmır. Vüqarın bir qardaşı var, o da yeni ailə həyatı qurub. Vüqarın sağlığında adından istifadə edirdilər, indi ölüsündən də əl çəkmirlər”

Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra Vüqarın sənət dostlarının diqqətsizliyindən gileylənib:

“Sənət yoldaşlarından heç kim gəlmir, hal-əhval tutmur, adi zəng belə etmirlər. Efirdə yalandan danışırlar, reklam qazanmaq üçün. Qələt edib danışırlar. Başlarını daşa döyürlər. Vüqar onlara elə olmayıb. O ümumiyyətlə başqa oğul idi. Bunlar artistlərdir, özlərini reklam edirlər. Mənim heç kimin nəyinəsə ehtiyacım yoxdur. Onlardan pul istəmirəm. mal-mülk istəmirəm. Amma yalandan deməsinlər ki, gedib-gəlirik, diqqət göstəririk. Bircə Vüqarın ölümü məni yandırıb-tökür. 29 avqust Vüqarın rəhmətə getdiyi gündür. Hər il öz ailəmizlə qeyd edirik. Arzularım onunla getdi. Heç bir arzum yoxdur. Özümə ölüm arzulayıram ki, Vüqarın yanına gedim” deyə sənətçinin atası bildirib.


Geri qayıt