Əsas Səhifə > Güney Press > Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış

Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış


Bu gün, 17:57

Məlum olduğuğu kimi, “Sabah” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, “Sabah” eyni zamanda Azərbaycan Premyer Liqasını və ölkə kubokunu qazanaraq “qızıl dubl” edib.
Qeyd edək ki, komanda bu uğurları Valdas Dambrauskas baş məşqçi təyin olunduqdan sonra əldə edib.
Məlumat üçün bildirək ki, Dambrauskasın 1977-ci ildə Litvada anadan olub. Onun daha əvvəl peşəkar futbolçu karyerası olmayıb. 2002-ci ildə, 25 yaşında olarkən Litvanın “Kim milyonçu olmaq istəyir?” televiziya proqramında iştirak edib və 4 min lit (təxminən 1000 dollar) mükafat qazanıb. Bu pulla İngiltərəyə gedərək məşqçilik təhsili almağa başlayıb.
O, London Metropolitan Universitetində İdman elmləri və məşqçilik üzrə təhsil alıb. Daha sonra İngiltərənin “Manchester United”, “Fulham” və “Brentford” klublarının akademiyalarında çalışıb. İlk baş məşqçilik təcrübəsini isə İngiltərənin aşağı liqa komandalarından “Kingsbury London Tigers”də əldə edib. Sonrakı illərdə Litva, Latviya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Kipr və Macarıstanda müxtəlif klublarda işləyib.
Dambrauskasın futboldan kənar başqa bir idmana da marağı var. O, FİDE-nin rəsmi reytinq bazasında şahmatçı kimi qeydiyyatdadır. Hazırda FİDE bazasında Dambrauskasın standart şahmat reytinqi 1833, rapid reytinqi 1864, blits reytinqi isə 1777-dir.
Müqayisə üçün bildirək hazırda FİDE bazasında 7 min 702 azərbaycanlı şahmatçı yer alır. Bu şahmatçılardan yalnız 200-nün reytinqi Dambrauskasın reytinqindən, yəni 1833-dən yüksəkdir.


Geri qayıt