Əsas Səhifə > Güney Press > Problemli kreditlər 723 milyon manata çatdı

Problemli kreditlər 723 milyon manata çatdı


Bu gün, 16:12

2026-cı ilin avqust ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 723 milyon manata çatıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) göstəricilərinə istinadən xəbər verir.

Bu ilin iyulun 1-nə bu göstərici 719.3 milyon manat olub ki, bu da aylıq müqayisədə 0.5% artım deməkdir.

Bildirək ki, ölkədə problemli kreditlərin həcmində ötən ilin müvafiq dövrünə nəzərən isə 37% artım qeydə alınıb.


Geri qayıt