Əsas Səhifə > Güney Press > İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıbBu gün, 16:07 |
|
ABŞ İranın şərtlərini qəbul etməsə, Hörmüz boğazı heç bir vəchlə açılmayacaq. APA xəbər verir ki, bunu SEPAH-ın mətbuat katibi Hüseyn Mohebbi deyib. O bildirib ki, Hörmüz boğazı tamamilə İranın nəzarətindədir və Fars körfəzində ABŞ-a məxsus heç bir hərbi gəmi yoxdur. Mohebbi ABŞ-ın bütün hərbi gəmilərinin Hörmüz boğazından 400 kilometr aralıda olduğunu və Tehranın icazəsi olmadan heç bir gəminin boğazdan keçidinin mümkün olmadığını vurğulayıb. “Oman yaxınlığında yerləşən su yolu da tamamilə nəzarətimiz altındadır. Bir ay əvvəl Omanla danışıqlara başlamışıq və hər iki tərəfin qəbul edə biləcəyi nəticələr əldə etmişik”, - Mohebbi qeyd edib. Onun sözlərinə görə, İran və Oman bu danışıqlarda boğazın hər bir ölkənin payına düşən hissəsi, eləcə də əldə ediləcək gəlirlərlə bağlı razılaşıblar. “ABŞ bu məsələdə bizə mane olmağa çalışır. Məhz buna görə də işlər gecikir”, - SEPAH-ın sözçüsü diqqətə çatdırıb. O əlavə edib ki, ABŞ İranla əldə olunan anlaşma memorandumunun şərtlərinə əməl etsə, Hörmüz boğazı açıla bilər: “ABŞ şərtlərimizi qəbul etməsə, Hörmüz boğazı heç bir yolla açılmayacaq”. Geri qayıt |