Əsas Səhifə > Güney Press > Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşınınBu gün, 13:06 |
|
Şirvan Apellyasiya Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısının protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri hüquqi varisinin apellyasiya şikayətləri qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Belə ki, Bəndalı Qənbərova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, hadisə 2025-ci il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov “KIA” markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin maşınla yanaşı "Mercedes-Benz" markalı nəqliyyat vasitə ilə də toqquşub. Hadisə nəticəsində “KIA”-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar. Sürücü Bəndalı Qənbərov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Bəndalı Qənbərov cinayət məsuliyyətinə cəlb edilib. Xatırlatma: Qəzada təqsirləndirilən Bəndalı Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub. Geri qayıt |