Əsas Səhifə > Güney Press > “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır”
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır”Bu gün, 13:04 |
|
İran prezidenti Məsud Pezeşkian ötən gün mediaya geniş açıqlama verib. Tribuna.az xəbər verir ki, o, ABŞ və İsrailin İranı parçalamaq üçün cəhdlər etdiyini dilə gətirib. Pezeşkianın sözlərinə görə, hazırda əsas problemləri iqtisadi məsələlərlə bağlıdır. “Düşmən çalışır ki, insanları iqtisadi məsələlərlə ayağa qaldırsın. Lakin biz problemin həlli üçün hər şeyi edəcəyik”. İran prezidenti ABŞ-la sazişin imzalanması məsələsinə də toxunub. O bildirib ki, ABŞ ilə müqavilənin imzalanması onlardan qorxmaqdan irəli gəlməyib. “Əksinə, bu, məntiqə və şüura əsaslanırdı”. Pezeşkian sonda qeyd edib ki, müsəlman dövlətlərinin birliyini qorumaq üçün onları bir araya gətirmək lazımdır. “Müsəlman ölkələri təhlükəsizliyi təmin etmək üçün ittifaq yaratmalıdırlar”. Geri qayıt |