Əsas Səhifə > Güney Press > Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım

Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım


Bu gün, 12:42

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı, məşhur opera müğənnisi Anna Netrebko arıqladıqdan sonra yeni görüntülərini sosial şəbəkədə paylaşıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı sənətçi ABŞ səfəri zamanı Kolorado ştatındakı Paqosa termal kurortuna yollanıb.

Netrebko istirahət zamanı çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. Müğənni fotolarda bordo rəngli çimərlik geyimində kamera qarşısına keçib. Tanınmış sənətçinin arıqladıqdan sonrakı görünüşü diqqət çəkib.

Netrebkonun paylaşdığı fotolar qısa müddətdə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.



Geri qayıt