Əsas Səhifə > Güney Press > Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi
Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildiBu gün, 16:54 |
|
İki günlük müzakirələrdən sonra Ermənistan parlamenti hökumətin 2026-2031-ci illər üçün fəaliyyət proqramını təsdiqləyib. Teleqraf xəbər verir ki, parlamentin iclası rəsmi “YouTube” kanalında yayımlanıb. Məlumata görə, səsvermədə 87 deputat iştirak edib. Proqramın qəbul edilməsini yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri dəstəkləyib. Müxalifətdəki “Ermənistan” və “Güclü Ermənistan” fraksiyaları isə sənədin əleyhinə səs veriblər. Geri qayıt |