Əsas Səhifə > Güney Press > “Mərmər İnşaat” əvvəlki kimi qazanmır
“Mərmər İnşaat” əvvəlki kimi qazanmırBu gün, 16:32 |
|
Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan “Mərmər İnşaat” ASC-nin gəlirləri və mənfəəti kəskin azalıb. "DİA-AZ" şirkətin 2025-ci il üzrə maliyyə hesabatına əsasən xəbər verir ki, ötən il “Mərmər İnşaat”ın gəlirləri 44,3 milyon manat olub. Bu, 2024-cü ildəki 75,6 milyon manatla müqayisədə 31,3 milyon manat və ya 41% azdır. Xatırlaaq ki, “Mərmər İnşaat”ın əsas fəaliyyəti qeyri-yaşayış binalarının və mülki-sənaye obyektlərinin tikintisidir. Buraya zavod və sexlər, xəstəxanalar, məktəblər, ofislər, restoran və mağazalar, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar və anbarların tikintisi daxildir. Şirkət həmçinin digər tikinti şirkətlərinə podrat xidmətləri göstərir və tikinti materiallarının satışını həyata keçirir. Bu işləri görmək üçün şirkət 2025-ci ildə 41 milyon manat xərcləyib. Bu rəqəm illik müqayisədə 17,7 milyon manat və ya 30% azdır. Ötən il ASC-nin ümumi mənfəəti 3 milyon 235 min manat olub. Bu, 2024-cü ildəki 16 milyon 852 min manatlıq mənfəətdən 13 milyon 617 min manat və ya 5,2 dəfə azdır. Hesabat dövründə şirkətin ümumi və inzibati xərcləri 2,7 milyon manat (və ya 2,1 dəfə) azalaraq 2,5 milyon manata, sair əməliyyat xərcləri 36,7 min manat (2,7 dəfə) azalaraq 22,1 min manata düşüb. Digər gəlirlər 5 milyon 854 min manata bərabər olub. Bununla da, şirkətin əməliyyat gəlirləri 6 milyon 555 min manat olmaqla, son bir ildə 5 milyon 115 min manat (43,4%) azalıb. Şirkətin məzənnə fərqindən də itirib - 7,3 min manat, 2024-cü ildə bu sahədə 81,8 min manat zərər etmişdi. Maliyyə gəlirləri isə 663,9 min manat olub ki, bu da, 2024-cü ilə nəzərən 190,4 min manat (22,3%) daha azdır. 2025-ci ildə ASC-nin vergidən əvvəlki mənfəəti 7 milyon 226 min manat, mənfəət vergisi xərci 1 milyon 473 min manat təşkil edib. Yekunda şirkətin xalis mənfəəti 4 milyon 126 min manat (41,8%) azalaraq 5 milyon 753 min manata düşüb. 2025-ci ildə “Mərmər İnşaat” ASC kiçilib, şirkətin aktivləri azalıb. Belə ki, ilin sonuna “Mərmər İnşaat”ın cəmi aktivləri 57 milyon 506 min manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 5 milyon 882 min manat və ya 9,3% daha azdır. Öhdəliklərin həcmi isə 37 milyon 761 min manat olmaqla, son bir ildə 6 milyon 493 min manat, yaxud da 14,7% azalıb. Xatırladaq ki, 2024-cü ilin sonunda şirkətin cəmi aktivləri 63 milyon 388 min manat, cəmi öhdəlikləri 44 milyon 254 min manat olmuşdu. Nəticə olaraq, 2025-ci ilin sonunda “Mərmər İnşaat” ASC-nin cəmi kapitalı 17 milyon 744 min manat olub. Bu, son bir ildə 610 min manatlıq (3,2%) artım deməkdir. Nizamnamə kapitalı dəyişilməyərək 1,6 milyon manata, bölüşdürülməmiş mənfəət 18 milyon 144 min manata bərabər olub. Geri qayıt |