Əsas Səhifə > Güney Press > İran ABŞ-a xəbərdarlıq etdi:

İran ABŞ-a xəbərdarlıq etdi:


Bu gün, 16:01

İran ABŞ-dan ölkəyə münasibətdə ritorikasını və yanaşmasını dəyişməyi tələb edib.

Publika.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Asim Munirlə görüşündə ABŞ-ın Tehranla münasibətlərdə yanaşmasını dəyişməli olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, İslam həmrəyliyi “İsrailin planlarına” qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır. O, həmçinin İslamabad anlaşma memorandumunda nəzərdə tutulan məqsədlərə nail olunacağına ümid etdiyini deyib.

“ABŞ İranla münasibətlərdə ritorikasına və yanaşmasına yenidən baxmalıdır. Təhdid və məcburetmə taktikası prosesləri yalnız çətinləşdirəcək”, - deyə İran prezidenti bildirib.

Pezeşkian Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini də vurğulayıb.


Geri qayıt