Əsas Səhifə > Güney Press > Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb
Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıbBu gün, 14:48 |
|
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Binaya daxil olarkən o, jurnalistlərə hansı səbəbdən çağırıldığını bilmədiyini deyib. Daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb. Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb. Prokurorluq işin digər fiqurantları sırasında Robert Köçəryanın oğlu Sedrak Köçəryanın, İrəvanın sabiq meri Qaqik Beqlaryanın, sahibkar Samvel Mayrapetyanın, keçmiş baş nazir Andranik Marqaryanın və digər şəxslərin adını çəkib. Geri qayıt |