Əsas Səhifə > Güney Press > Cəbrayılda xəstəxana tikintisinin davamına

Cəbrayılda xəstəxana tikintisinin davamına


Bu gün, 12:21

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 2-ci mərhələsi üzrə tikintisinin davamı aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.

Belə ki, qurum tikinti işlərini "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 9 889 264 manat vəsait sərf olunacaq.

Xatırladaq ki, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməli 2021-ci ildə qoyulub.


Geri qayıt