Əsas Səhifə > Güney Press > “Bəxt üzüyü-3” filmi çəkilir?

“Bəxt üzüyü-3” filmi çəkilir?


Bu gün, 10:34

“Bəxt üzüyü-3” filmi çəkilir? - “Bundan əvvəlki uğurlu alınmadı, indi Azər Zeynalovun oğlu lentə alır” - AÇIQLAMA

“Bir bəxt üzüyünün xatirəsi” bədii-sənədli filminin rejissoru və senari müəllifi Turan Zeynalovdur. Turan Xalq artisti Azər Zeynalovun oğludur. Bir çoxu deyir ki, “Bəxt üzüyü-3” filmi çəkilir. Xeyr, bu film deyil. O sadəcə həmin filmdə iştirak edən sənətçiləri çəkib. Amma dəqiq bilmirəm ki, nə çəkib. Bizə deyib ki, çəkirəm, bitəndə sizə göstərəcəm. Biz də filmlə bağlı xatirələrimizi bölüşmüşük. Biz sadəcə ona dəstək olmuşuq. Bu onun diplom işidir. Tək-tək çəkib, təkcə bir yerində-final səhnəsində hamımız bir yerdəyik”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
O daha sonra əlavə edib:
“Bu filmin 3-cü dəfə çəkilməsinə ehtiyac yoxdur. Tamaşaçılar onu necə seviblərsə, qoy xatirələrində də elə qalsın. Bəlkə də 2-ci dəfə də çəkilməməli idi. Çünki film alınmadı. Bu da sevgidən, məhəbbətdən irəli gələn bir şey idi. Məhəbbət özü də bir çox hallarda alınmır axı. Bir şeyə çox sevinirəm ki, bu film Firəngiz Rəhimbəyovanın da, Rafael Dadaşovun da çəkildiyi son ekran əsəri oldu. Onlardan yadigar qaldı”.
O bugünlərdə Xalq artisti Afaq Bəşirqızının doğum günündə onunla bir araya gəldiyini də bildirib:
“4-5 gün bundan əvvəl Afaq xanımın Xətaidə doğum günü münasibətilə onunla görüş keçirilirdi. Mənə də zəng edib dəvət etdi. Məmnuniyyətlə getdim. Ondan heç bir incikliyim yoxdur. Tamaşaçılar deyirdi ki, guya biz danışmırıq. Bu söz-söhbətlər də Afaq xanımın doğum gününə getmədiyimə görə yaranmışdı. Burada nə var ki? Sözün düzü o məni dəvət etməmişdi. Çünki həmin ərəfədə mən Mingəçevirdə çalışırdım. Yəqin düşünüb ki, yol uzaqdır, mənə əziyyət olar. Mən də o vaxt öz doğum günümə Afaq xanımı dəvət etməmişdim. Bizim dostluq münasibətimiz çox yaxşıdır. Əgər insan xırda şeylərə görə bir-birindən küsəcəksə, daha nə oldu?!”.

Geri qayıt