Əsas Səhifə > Güney Press > Şirkətin kapitalı azaldılır
Şirkətin kapitalı azaldılırBu gün, 17:09 |
|
24 sentyabr 2026-cı il, saat 11.00-da, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 4a nömrəli ünvanda “Bakı Yüngül Konstruksiya” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: Dövriyyədə olan səhmlərin nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması, nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi və sərbəstləşən vəsaitin səhmdarlara geri ödənilməsi. Səhmdarlar 2026-cı il sentyabrın 4-dək yığıncağın gündəliyinə əlavə təkliflər verə bilərlər. Xatırladaq ki, ASC 1996-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 534 194 manatdır və qanuni təmsilçisi Elnur Axundovdur. Geri qayıt |