|
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana xarici ölkələrdən 1 524 ton 480 kiloqram hazır uşaq yeməkləri idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məhsulların ümumi idxal dəyəri 18 milyon 497 min dollar təşkil edib. Qeyd edək ki, bu ilin ilk 6 ayında ölkəyə gətirilən 1 kiloqram hazır uşaq yeməyinin orta gömrük dəyəri 12,13 dollar (20,6 manat) olub. Azərbaycana hazır uşaq yeməkləri aşağıdakı ölkələrdən gətirilib: Rusiya – 570,49 ton (1 kiloqramının orta gömrük dəyəri 10,64 dollar) Niderland – 392,8 ton (12,41 dollar) Ukrayna – 89,3 ton (6,39 dollar) Almaniya – 84,61 ton (17,39 dollar) İrlandiya – 78,25 ton (22,14 dollar) Polşa – 61,83 ton (10,25 dollar) İsveçrə – 59,97 ton (7,78 dollar) Türkiyə – 43,36 ton (4,89 dollar) Belarus – 34,15 ton (6,69 dollar) Fransa – 21,66 ton (12,62 dollar) Çin – 17,35 ton (23,04 dollar) Avstriya – 15,53 ton (28,46 dollar) Serbiya – 15,43 ton (10,61 dollar) Portuqaliya – 12,72 ton (15,22 dollar) Estoniya – 11,25 ton (20,87 dollar) Yeni Zelandiya – 6,69 ton (38,64 dollar) İspaniya – 6,3 ton (37,28 dollar) Xorvatiya – 2,63 ton (10,36 dollar) İtaliya – 0,12 ton (108,42 dollar) Macarıstan – 0,04 ton (7,50 dollar)
Geri qayıt
|