Əsas Səhifə > Güney Press > Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib

Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib


Bu gün, 04:27

Norveç Kralı Haraldın səhhəti həftəsonu kəskin şəkildə pisləşib.

"Report" xəbər verir ki, bu barədə kral evinin bəyanatına istinadən yerli NRK telekanalı məlumat yayıb.

"Əlahəzrət kralın səhhəti həftəsonu pisləşib. Qanındakı bakterial infeksiya ilə əlaqədar monarxa antibakterial terapiya təyin edilib", - məlumatda qeyd olunub.

Bununla yanaşı, kral iqamətgahından vurğulanıb ki, ümumilikdə dövlət başçısının vəziyyəti sabit olaraq qalır və aparılan müalicə müsbət nəticələr verir.

V Haraldın hazırda 89 yaşı var. O, Avropa qitəsində fəaliyyətdə olan ən yaşlı dövlət başçısıdır. Kral infeksion xəstəlik və hemolitik anemiyanın yaratdığı ağırlaşmalarla əlaqədar avqustun 17-də xəstəxanaya yerləşdirilib.


Geri qayıt