Əsas Səhifə > Güney Press > Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlikBu gün, 15:21 |
|
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” “Azərmaş Park” MMC-dən avtomobillərin alınması ilə bağlı müqavilə imzalayıb. "DİA-AZ" xəbər verir ki, müqavilə dövlət satınalmalarının vahid internet portalından kənar baş tutub. Birmənbə metodu ilə imzalanmış müqavilənin dəyəri 748 min manat təşkil edib. Qeyd edək ki, “Azərmaş Park” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev.195, M8 hüquqi ünvanında yerləşir. Geri qayıt |