Əsas Səhifə > Güney Press > Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü
Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmüBu gün, 13:25 |
|
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən iş adamı Heydər Rzayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti vә kassasiya şikayәti tәmin edilib, Bakı Apellyasiya Mәhkәmәsinin hökmü lәğv olunub vә cinayәt işi apellyasiya instansiyası mәhkәmәsindә yenidәn baxılmağa tәyin edilib. İttihama görə, Heydər Rzayev işlədiyi şirkətin ümumilikdә 725 476,87 manat məbləğində pulunu mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Heydər Rzayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilmiş, aşağı instansiya məhkəməsinin hökmü ləğv olunmuşdu. Heydər Rzayevə bəraət verilmiş və məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş isə kassasiya şikayəti vermişdi. Geri qayıt |