Əsas Səhifə > Güney Press > “İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi,
“İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi,Bu gün, 10:28 |
|
“Sentyabr ayında Zeynəb xanımla məşqlərimiz başlayacaq. Biz hər il məşq edirik. Qanuni dövlət işçisiyik, maaş da alırıq. O ki, qaldı Zeynəb Xanlarovanın 90 illik yubileyinin qeyd olunması xəbərinə.. Vallah bunu dəqiq bilmirəm. Hərhalda sarayda qeyd olunar. Zeynəb Xanlarovanın da yubileyi qeyd olunmasa kimin yubileyi qeyd olunacaq? İkinci Zeynəb var ki?”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Sadıq Zərbəliyev deyib.
“Zeynəb xanımdan başqa heç kimlə çalışmıram. Çalışmaram da. Məni Amerikada da, Əfqanıstanda da dəvət etdilər ki, qal, burada fəaliyyət göstər. 1991-ci ildə Türkiyəyə gedəndə İbrahim Tatlısəs də dəvət etmişdi. Zeynəb xanım deyir ki, Sadıqın ifası mənə ruh verir. Zeynəb xanımsız mən heç yerdə qalmaram. Azərbaycanı heç yerə dəyişmərəm”, - deyə o bildirib.
Sənətkar toylardan dolandığını da gizlətməyib:
“Toylara da gedirəm. Sənətimiz budur da. Çörəyimiz həm də oradan çıxır. Əvvəlki toylar yoxdur. Toylar azalıb, amma əsas odur ki, adət ən-ənələrimiz itməsin”.
Geri qayıt |