Əsas Səhifə > Güney Press > Tramp Yaxın Şərqdəki dost ölkələrin ABŞ-ni tək qoymasından
Tramp Yaxın Şərqdəki dost ölkələrin ABŞ-ni tək qoymasındanBu gün, 06:30 |
|
Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Vaşinqtonla dost münasibətlərdə olan Yaxın Şərq ölkələrindən bəziləri ABŞ və İsrailin İranla münaqişəsində yarımtərəfsiz mövqe tutublar. "Report"un məlumatına görə, Tramp bunu WABC radiostansiyasına müsahibəsində deyib. "Bu başlayanda hamının təəccübünə səbəb olacaq şəkildə onlar (İran - red.) bir növ yarımtərəfsiz ölkələrə raket zərbələri endirməyə başladılar. Səudiyyə Ərəbistanına, Qətərə, BƏƏ-yə, Küveytə, Bəhreynə zərbələr endirdilər", - deyə ABŞ lideri bildirib. Daha əvvəl İranın Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, Fars körfəzi hövzəsində yerləşən bir sıra ölkələrdəki obyektlərə zərbələr endirdiyi barədə məlumat verilmişdi. Geri qayıt |