Əsas Səhifə > Güney Press / Partiya > "Belə bir imkan var idisə, nədən istehsalı özümüz təşkil etmədik?!"

"Belə bir imkan var idisə, nədən istehsalı özümüz təşkil etmədik?!"


Bu gün, 01:51

"Dünyada alternativ və bərpaolunan enerjiyə keçid, təqribən, 20-25 il öncə başladı, bu gün də bu proses davam edir, bəzi ölkələr ciddi uğur da qazanıb, məsələn, Çilidə istehlak olunan elektrik enerjisinin tamamına yaxını bərpaolunan enerji mənbəələrindən əldə edilir.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Azərbaycanda da bu sahəyə diqqət artıb, yeni proqramlar qəbul edilib, xatırlayırsınızsa, illər öncə bu sahəyə yatırımlar başlayanda public çıxışlarımızda deyirdik ki, bərpaolunan enerji sahəsi mütləq inkişaf etdirilməlidir, amma, biz bu sahədə yerli istehsal, yerli mütəxəssis, yerli proqram təminatı və təmir infrastrukturu qurmalıyıq – yəni, məntiqlə, ölkələr üçün xaricdən neft-qazdan asılılığı necə problemdirsə, bərpaolunan enerji istehsal vasitələri, onların təmiri, mütəxəssisləri və proqram təminatında başqa ölkələrdən asılı olmaq bir o qədər problemdir.
Gəlin indi rəsmi rəqəmlərə baxaq: 2025-ci ilin ilk 6 ayında ölkəmiz cəmi 1,1 mln. dollarlıq günəş panelləri idxal etmişdi. 2026-cı ilin eyni dövründə isə artıq 110 mln. 800 min dollarlıq günəş paneli idxal etmişik – keçən illə müqaisədə 101 DƏFƏ artım var.
Aydındır ki, bu artım Azərbaycanda ərəb ölkələrinin yatırımları hesabına reallaşdırılan böyük investisiya layihələri ilə bağlıdır, amma, belə bir imkan var idisə, nədən istehsalı özümüz təşkil etmədik?!
Digər məsələ isə odur ki, günəş panelləri ev təsərrüfatlarında çox effektiv olur-ola bilər, bunun üçün xüsusi yanaşma tədbiq etmək lazımdır: Ev təsərrüfatlarına sırf günəş panelləri təsisatı qurmaq üçün ünvanlı, faizsiz kredit verilməli, onların istehsal etdiyi əlavə elektrik enerjisinin dövlət tərəfindan satın alınmasının mexanizmi yaradılmalıdır. Belə olsa, əsasən, Aran rayonlarında yaşayan vətəndaşlar həm aylıq elektrik pulu verməkdən canlarını qurtararlar, həm də ayda "5-10" manat əlavə pul qazanarlar - qazancları ilə 2-3 ilə faizsiz kreditlərini bağlayar, sonra isə pulsuz elektrik enerjis və daimi qazanc mənbəəyi əldə etmiş olarlar..."

Geri qayıt