Əsas Səhifə > Güney Press > "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək


Bu gün, 17:27

Sentyabrın 14-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə cari maliyyə məsələlərinin müzakirə edilməsi daxildir.

Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.


Geri qayıt