Əsas Səhifə > Güney Press > Paşinyan Qarabağdan danışdı:
Paşinyan Qarabağdan danışdı:Bu gün, 16:57 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı qəbul etdiyi çətin qərarlarla ölkəni yox olmaq təhlükəsindən qurtarıb. Modern.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan hökumətinin iclasından sonra jurnalistlərə keçirdiyi brifinqdə danışıb. “Qarabağ məsələsi ilə bağlı çox çətin və mürəkkəb qərarlarımla Ermənistanı tələdən çıxardığımı düşünürəm. Ermənistan xalqı da bu fikri bölüşür, əks halda mən burada olmazdım”, – Paşinyan deyib. Baş nazir bildirib ki, Qarabağla bağlı qərarları sayəsində Ermənistanı “yox olmaq tələsindən” çıxarıb və bununla fəxr edir. Paşinyan qeyd edib ki, onun hökuməti dövründə keşmiş "Dağlıq Qarabağ" qurumuna 1 milyard dollar maliyyə vəsaiti ayrılıb. “Qarabağ üçün heç nəyə heyfimizi gəlməyib. Hakimiyyətimiz dövründə 1 milyard dollar maliyyə ayırmışıq. Ermənistanda pensiyalar aşağı, orada isə yüksək idi və sair. Bu, yalnız sənədlərdə əks olunan hissədir. Haqqında danışmadığımız məsələlər də var”, – Ermənistanın Baş naziri bildirib. Paşinyan əlavə edib ki, Ermənistan xalqı Qarabağ məsələsi ilə bağlı mövqeyini seçkilər vasitəsilə iki dəfə ifadə etmək imkanı əldə edib. Onun sözlərinə görə, bu məsələ iki seçkidə müzakirə olunub və xalq mövqeyini həm seçkilər, həm də son beş il ərzində gündəlik həyatı ilə ifadə edib. “İqtidara inqilab nəticəsində gəlmiş bir insan kimi deyirəm ki, Ermənistan xalqı hər zaman inqilab edə bilər. Qarabağ hərəkatını dayandırdığımızı deyəndə bildirdim: əziz insanlar, bu qərarı mən qəbul etmişəm və seçdiyiniz baş nazir kimi onu həyata keçirəcəyəm. Əgər bunun yanlış yol olduğunu düşünürsünüzsə, inqilab edib məni hakimiyyətdən uzaqlaşdıra bilərsiniz”, – Paşinyan vurğulayıb. Geri qayıt |