Əsas Səhifə > Güney Press > Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq

Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq


Bu gün, 13:06

Ermənistan hökuməti 2027-ci ilin sonunadək yeni atom elektrik stansiyası (AES) üçün texnologiya seçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün təsdiqlənmiş yeni proqramında bildirilir.

Texnologiyanın seçilməsi minimum proqram kimi göstərilir, amma hökumətin yeni atom elektrik stansiyasını hansı müddətə tikməyi planlaşdırdığı qeyd olunmur.

Hazırkı atom elektrik stansiyasına gəlincə, onun istismar müddətinin uzadılmasının ikinci mərhələsinin başa çatdırılması planlaşdırılır. Bu mərhələnin yekununda stansiyanın 2036-cı ilədək fəaliyyət göstərməsi mümkün olacaq.

Ümumilikdə, proqramda həm mövcud, həm də yeni enerji mənbələrinin, o cümlədən təmiz hidrogen istehsalının şaxələndiriləcəyi bildirilir.

Qeyd olunur ki, 2040-cı ilədək günəş və külək elektrik stansiyalarının ümumi gücünün 2 000 MVt-a çatdırılması planlaşdırılır. Enerji istehsalının sabitliyini təmin etmək üçün isə 2031-ci ilədək ən azı 800 MVt gücündə enerji saxlama sistemlərinin quraşdırılması nəzərdə tutulur.

Regional enerji şəbəkələrinə inteqrasiya məqsədilə Ermənistan və İran arasında 400 kV-luq elektrik verilişi xəttinin tikintisi başa çatdırılacaq, Gürcüstanla 400 kV-luq xəttin tikintisinə isə başlanacaq. Enerji şəbəkələrinin genişləndirilməsi üçün Türkiyə, Azərbaycan və regionun digər ölkələri ilə danışıqların aparılması da nəzərdə tutulur.


Geri qayıt