Əsas Səhifə > Güney Press > “Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”
“Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”Bu gün, 12:39 |
|
“Bir çox sahələrdə olduğu kimi mədəniyyət sahəsində də heç kim öz yerində deyil. Hamısı kiminsə adamı, kiminsə qohumu, kiminsə sevgilisidir. Hər şey pula bağlıdır. Düzdür, mən efirlərə heç vaxt pul verib çıxmamışam, amma bilirəm ki, əvvəllər kanalların reklam şöbəsi var idi, müğənnilər ora pullar köçürürdülər ki, klipləri yayımlansın. Deyirlər ki, günah kapitalizm sistemindədir. Onu da dəqiq deyə bilmərəm. Mən hazırda kapitalizm sistemi ilə işləyən Almaniyada yaşayıram. Burada o qədər gözəl konsertlər olur ki.. Bir neçə gün əvvəl Berlinə getdim, Bethoveni dinlədim. İnsanlar gözəl musiqi dinləyirlər. Nə oldu, bu kapitalizm ancaq bir bizi korladı? Ən böyük zərbə də mədəniyyətə dəyir. Sanki bir əl var, milləti geri aparmaq istəyir. Mədəniyyət, təhsil, tibb sahəsi pis gündədir”.
Bunu Moderator.az-a açıqlamasında Almaniyada yaşayan müğənni İlahə Fəda deyib.
O daha sonra izləyicilərin sosial şəbəkədə məşhurlara yazdığı rəylərdən danışıb:
“Bu yaxınlarda iki tanınmış şəxsin bir videosu qarşıma çıxdı. O bunu tərifləyirdi, bu da onu. Hər ikisi şou-biznesdə olan xanımlardır. Hər ikisi də əməliyyat etdirib. Rəylərə baxdım, diksindim. Camaat ağzına gələni yazmışdı.. Biri yazmışdı ki, “nə günə düşmüsüz”, digəri yazmışdı ki, “bu nə vid-fasondur?”. Düşündüm ki, mən də rəy bildirim. Yazdım ki, “ay gözəl insanlar, bir qərara gəlin, bu iki xanım plastik əməliyyatlar etdirib deyə onları yıxıb sürüyürsüz, bəyənmirsiz, mən də plastik əməliyyat etdirmirəm deyə məni bəyənmirsiz”. İnsanlarda düzgün rəy yazmaq, fikir bildirmək bacarığı yoxdur. Həm plastik əməliyyat etdirənləri yıxıb sürüyürlər, həm də etdirməyənlərə mənfi rəylər yazırlar”.
Geri qayıt |