Əsas Səhifə > Güney Press > Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdi

Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdi


Bu gün, 11:23

Meydan hərəkatının fəal iştirakçısı Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittiham qalmaqala səbəb olub. Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy 80-ci illərin sonlarında vüsət alan Meydan hərəkatı zamanı toplanmış 10 milyon manatı mənimsəyib. İttihamı rədd edən mərhum eks-prezidentin oğlu Ərturqut Əliyev Nemət Pənahlını məhkəməyə verəcəyini bildirib.

Modern.az Elçibəyin oğlu ilə əlaqə saxlayaraq, onun məhkəməyə müraciət edib-etmədiyini dəqiqləşdirməyə çalışıb.

Saytımıza açıqlamasında Ərturqut Əliyev bildirib ki, Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçib.

"Onu məhkəməyə verməkdən vaz keçdim. Buna dəyməz. Ailəmlə məsələni müzakirə edib məsləhətləşdim. Qərara gəldik ki, belə bir addım atmağa lüzum yoxdur".


Geri qayıt