Əsas Səhifə > Güney Press > Ermənilərin Azərbaycana yeni hücumu
Ermənilərin Azərbaycana yeni hücumuBu gün, 11:21 |
|
“Azərbaycan Respublikası CNN-ə qarşı ABŞ federal məhkəməsində iddia qaldırmaqla möhtəşəm bir qərar qəbul edib. Bu televiziya kanalı Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə qarşı aqressiv, ikrah doğuran bir kampaniya aparır”. Bu sözləri Globalinfo.az-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib. O bildirib ki, CNN, həqiqətən də, təkcə ABŞ üçün deyil, həm də bütün Qərb yarımkürəsi məkanı üçün saxta xəbərlərin əsas mənbəyidir: “CNN kimi mətbuat və kommunikasiya qurumları dünyada demokratik institutlara ciddi şəkildə zərər verir. CNN-in Azərbaycana qarşı saxta məlumatları yayması ABŞ-dakı Azərbaycanla Ermənistan arasında sülh sazişinə qarşı olan məkrli dairələr, əsasən də 1990-2020-ci illər ərzində Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərlə əlaqəsi olan erməni diaspor təşkilatları tərəfindən mümkün olub. Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışında çox aydın şəkildə bildirib ki, CNN ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri pozmağa yönəlmiş saxta xəbərlərin və zərərli dezinformasiya kampaniyasının əsas mənbəyidir”. P.Teys, həmçinin, Azərbaycanı müdafiə etmək üçün şahid kimi ifadə verməkdən və CNN-in Amerikanın Avrasiyadakı ən böyük, ən sadiq ticari və siyasi tərəfdaşı olan Azərbaycan Respublikasına qarşı bir müddətdir apardığı kütləvi informasiya müharibəsini məhkəmə qarşısında ifşa etməkdən və qınamaqdan şərəf və qürur duya biləcəyini qeyd edib. Geri qayıt |