Əsas Səhifə > Güney Press > Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər?
Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər?Bu gün, 10:58 |
|
Xəbər verdiyimiz kimi, hazırda Umbakıdakı həbsxanada saxlanılan separatçı qurumun qondarma liderlərindən biri, “xarici işlər naziri” olmuş David Babayan audio-müraciətə yayaraq Bakıdakı məhkəmə prosesini “teatr”, hökmü isə əvvəlcədən hazırlanmış “ssenari” kimi təqdim edib. Bu ritorikanın arxasında isə yalnız daxili auditoriyaya hesablanmış siyasi mesaj deyil, məsələnin beynəlxalq hüquqi müstəviyə çıxarılması cəhdi görünür. Həm də təkcə Babayan deyil, barələrində hökm çıxarılmış digər hərbi canilər də fəallaşıblar. Deməli, AİHM qarşısında sadəcə “mən günahsızam” demək kifayət etməyəcək. Müdafiə tərəfi konkret olaraq Konvensiyanın hansı hüququnun, hansı hərəkət və ya qərarla, hansı formada pozulduğunu əsaslandırmalı olacaq. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a bildirdiyinə görə, Avropa Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra olunmur: “Məlumdur ki, Avropa Şurasının Parlament Assembeleyası nümayəndə heyətimizin səsvermə hüququnu əlindən alıb. Azərbaycan bu qadağaya adekvat olaraq Avropa Məhkəməsinin çıxardığı qərarları yerinə yetirmir. İlk növbədə elə bu yanaşma göstərir ki, həbsdə olan erməni cinayətkarlar haqda hansı qərar qəbul olunsa belə icra edilməyəcək. İkincisi, Azərbaycan öz sübutlarını təqdim edəcək və kifayət qədər əsaslandırılmış, tədqiq edilmiş faktlar var. Bu cinayətkarların törətdiyi əməllərlə bağlı konkret dəlillər, şahid ifadələri var. Məsələn, Araik Gəncənin bombalanması əmrini verdiyi özü video çıxışında açıqlayıb. Avropa Məhkəməsi belə bir qatilə görə hansı qərarı qəbul etmək fikrindədir? Yaxud Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn, sülhməramlıların hesabına sərhədi qanunsuz keçib ərazilərimizdə separatçı rejimdə mövqe tutan, dövlətə qarşı fəaliyyəti maliyyələşdirən, mülki erməni əhalisini silahlanmağa çağıran, dövlət rəhbərliyini təhdid edən Vardanyan barəsində Avropa Məhkəməsinin fikri nədir? Əgər doğurdan da bu institut terrorçulara qahmar çıxmaq istəyirsə, vaxtilə Rusiyanın dəstəklədiyi xunta rejiminin həbsdəki fiqurlarını müdafiə etmək niyyətindədirsə, o zaman Avropa Məhkəməsi öz nüfuzuna, Qərb dəyərlərinə, beynəlxalq qanunlara və konvensiyalara tüpürmüş olacaq”. Geri qayıt |