Əsas Səhifə > Güney Press > Rusiya qadağası Ermənistanın Avropa İttifaqına ixracını artırdı

Rusiya qadağası Ermənistanın Avropa İttifaqına ixracını artırdı


Bu gün, 10:52

2026-cı ilin yanvar-iyun ayları ərzində Ermənistanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının həcmi 516 milyon dolları keçib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ilin birinci yarısında Ermənistandan Aİ-yə ixrac 2017-ci ilin eyni dövrü ilə (təxminən 301 milyon dollar) müqayisədə 71 faizdən çox artıb.

Xatırladaq ki, Rusiya Ermənistandan bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Qadağa “Cermuk” mineral suyunun, çəyirdəkli meyvələrin, üzümün, gilasın, albalının, əriyin, gavalının, şaftalının və nektarinin tədarükünə şamil olunub. Avropa İttifaqı bundan sonra Ermənistanın kənd təsərrüfatı istehsalçılarına bütün zəruri yardımı göstərəcəyinə söz vermişdi.


Geri qayıt