Əsas Səhifə > Güney Press > “AtaHolding”in nizamnamə kapitalı yarım milyon azaldılıb
“AtaHolding”in nizamnamə kapitalı yarım milyon azaldılıbBu gün, 10:44 |
|
“AtaHolding” MMC-nin nizamnamə kapitalı 500 min manat azaldılıb. Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 40 milyon 71,8 min manatdan 39 milyon 571,8 min manata endirilib. Bununla da “AtaHolding”in nizamnamə kapitalı 1,25% azalıb. Şirkətin qanuni təmsilçisi Əşrəf Kamilov Kamil oğludur. Xatırladaq ki, holdinq 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Vaxtı ilə şirkətlər qrupunun tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Ahmet Erentok idi. Geri qayıt |