Əsas Səhifə > Güney Press > "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaqBu gün, 12:48 |
|
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun illik iş proqramının bir hissəsi olaraq "Mərkəzi Azəri" platformasında bu gündən başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək. bp şirkətindən "APA-Economics"ə verilən məlumata görə, proqramda nəzərdə tutulmuş işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq, çünki hazırda platformalarda tətbiq edilən qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Bildirilib ki, yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir: "Azəri" sahəsindəki qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan həmin müddət ərzində Şərqi Azəri və Qərbi Azəri platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq. Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir. Geri qayıt |