Əsas Səhifə > Güney Press > Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi

Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi


Bu gün, 09:59

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Oqtay Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Oqtay Ağayev “Bolluq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ekspeditor vəzifəsində işləyib. O, müxtəlif ad, çeşid və miqdarda şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirib. Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində şirkətin ümumilikdə 50 480,78 manat dəyərində əmlakını mənimsəməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs (mülki cavabdeh) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 50 480,78 manat məbləğində pulun zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “Bolluq LTD" MMC-nin xeyrinə tutulması hökm edilib. Hökmdən Oqtay Ağayevin müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Geri qayıt