Əsas Səhifə > Güney Press > Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir

Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir


Bu gün, 09:44

Bizim bəzi xalqımızın nümayəndələri, məmurlar və dövlət rəsmləri unutqandır. Dostluq elə bir anlayışdır ki, bu münasibətdə sədaqətli olmaq önəmlidir. Bu dünya ilə yanaşı, o dünya da da dostuna qarşı laqeyid olmağın haqq hesabını verəcəksən. Necə ki, vaxtilə ona dost, qardaş deyən şəxslər Azərbaycanı Pakistan qədər sevən İmran xanı unutduqlarına görə cavab verəcəklər.
Əlbətdə Pakistan Azərbaycan münasibətləri daha əvvəldən də möhkəm dostluq üzərində qurulub və ondan öncə də rəhbər şəxslər ölkəmizə sevgi göstəriblər. Lakin mənə görə İmran xan daha çox Azərbaycanı sevib..
Pakistan baş naziri olmuş və stolu üstündə yalnız ölkəsinin bayrağı ilə yanaşı Azərbaycan bayrağı saxlayan böyük Şəxsiyyətlə bağlı sosial mediada kadrlara baxıram və ona əl qaldıran, ona zülm verən və alçaldan müsəlmanı, pakistanlını görəndə doğurdan da daxildə bir qəzəb, nifrət hissi yaranır.
Dünya liderlərini müsəlman, şərqli bir dövlət xadiminə bərabər baxmağa məcbur edən, əvvələr olduğu kimin əzməsinə və ikinci dərəcəli görməsinə son qoyan Liderlərdən biri olan İmran xan Azərbaycana daima dəstək olub.
Siyasi və dövlətlərarası əməkdaşlıq bunu belə tələb edir deyənlərə bildirmək istəyirəm ki, 44 günlük müharibə dövründə Azərbaycana sonuna qədər dəstək olan İmran xan həm çıxışlarında, həm də müsahibələrində təkrar təkrar deyirdi
"Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”
Çox az adam bilir. İmran xanım hakimiyyətdə olduğu dörd il ərzində Pakistan Xarici İşlər Nazirliyinin daxili təlimatlarına əsasən, pakistanlı diplomatlara və vətəndaşlara verilən pasportların üzərində "Bu pasport Ermənistan kimi tanınmayan ölkələr istisna olmaqla bütün ölkələr üçün keçərlidir" olan yazıya xüsusi diqqət verirdi və irəvandan dəfələrlə başqa ölkələr vasitəsilə əməkdaşlıq edək təklifinə İmran xan "Mümkün deyil" cavabını verirdi.
Azərbaycan Müdafiə nazirliyi ilə əməkdaşlıq barədə onun tapşırıqları isə gələcəkdə film, elmi əsər və digər tədqiqat işlərində açılacaqdır..
İmran Xanın Baş nazir olduğu dövrdə və Azərbaycanın Zəfər müharibəsindən sonra Pakistanın böyük şəhərlərində, İslamabad, Karatçi və Lahorda, dövlət səviyyəsində göstəriş olmadan, yerli əhali və bələdiyyələr tərəfindən Azərbaycan bayraqları asılmışdı.
İmran Xan mətbuat konfranslarının birində qeyd etmişdi ki, "Pakistan xalqı Azərbaycanı xəritədə görmədən belə, onun üçün dua edən yeganə millətdir."
Pakistan məktəblərində onun dövründə Qarabağ mövzusu və tarixi barədə dərsdən kənar mühazirələr keçirilirdi. BMT iclaslarında 44 günlük müharibədən öncə də, müharibə dövründə də və ondan sonra hakimiyyətdə olduğu zamanda da İmran xan Azərbaycan əleyhinə bir çıxış və ya sənəd olacağı təqdirdə diplomatik bloklamadan istifadə edəcəyin açıqca bəyan edib.
Özünü Səfəvi və Əfşar irsi ilə dolayısı olaraq bağlı hesab edən İmran xan dövründə media və elmi dairələrdə Azərbaycan tarixi ilə bağlı kifayət qədər yazılar dərc edilib.
Başa düşürəm, Azərbaycan öz xarici siyasətini şəxslərin siyasi taleyi üzərində deyil, Pakistan dövləti ilə daimi müttəfiqlik prinsipi üzərində qurur. Lakin ən azından vaxtilə ona qardaş, dost deyən məmurlar dolayısı yolla onun şəraitininin yaxşılaşmasına aid addımlar ata bilər.
XXI əsrin ən nəhəng liderlərindən biri, bəlkə də birincisi İmran Əhməd Xan Niyazidir.
Onun 44 günlük müharibə və ondan sonra bizə verdiyi dəstək yaxın gələcəkdə kitablarda, məqalələrdə yazılacaq.
Biz səni unutmadıq İmran Xan
Prof.Dr. Zaur Əliyev - "DİA-AZ"

Geri qayıt