Əsas Səhifə > Güney Press > Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edibBu gün, 06:33 |
|
ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnum bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb. Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Tommi Piqott məlumat yayıb. Bildirilib ki, tərəflər İran ətrafında yaranmış vəziyyəti, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini və bir sıra regional məsələləri müzakirə ediblər. Piqottun sözlərinə görə, Rubio və Əl Nəhyan Livandakı vəziyyətə də toxunub, həmçinin İran və onun regiondakı tərəfdarlarının məsuliyyətə cəlb edilməsi istiqamətində ABŞ ilə BƏƏ arasında gələcək fəaliyyətin əlaqələndirilməsini müzakirə ediblər. Rubio Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayıb. Qeyd edək ki, “Reuters” avqustun 17-də Hörmüz boğazından yükdaşımaların həcminin son günlərdə minimum səviyyəyə endiyini bildirib. Buna Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus üç gəminin hücuma məruz qalması barədə məlumatların yayılması səbəb olub. ADNOC avqustun 13-14-də şirkətə məxsus üç gəminin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını açıqlamışdı. Geri qayıt |