|
"Ferrum Kapital" QSC 1 milyon manatlıq istiqraz buraxaraq yenidən borclanır. İstiqrazların hər biri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır. Gəlirlilik illik 14% təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcək. İstiqrazların tədavül müddəti 12 ay təşkil edir. Anterrayder "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Qeyd edək ki, "Ferrum Kapital" QSC bu ilin fevral ayında 5 milyon manat həcmində istiqrazların hər biri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqraz buraxmışdı.
Geri qayıt
|