Əsas Səhifə > Güney Press > Rusiya Xəzərdən İrana silah göndərir

Rusiya Xəzərdən İrana silah göndərir


Bu gün, 15:54

Rusiya ABŞ ilə müharibədə raket və pilotsuz təyyarə arsenalını gücləndirmək üçün İrana partlayıcı maddələr tədarük edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "NBC News" adı açıqlanmayan Qərb rəsmisinə istinadən yazıb.

Bildirilib ki, Rusiya İrana Xəzər dənizi vasitəsilə pilotsuz təyyarə komponentləri, sursat və TNT tədarük edir.

Qeyd olunur ki, Moskva bununla ABŞ və İsrailin hava hücumlarından sonra Tehranın ehtiyatlarını doldurmasına kömək edir.

"Bu, Moskva ilə Tehran arasında dərinləşən strateji ittifaqın əlamətidir",-deyə mənbə bildirib.


Geri qayıt