Əsas Səhifə > Güney Press > Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi

Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi


Bu gün, 15:03

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Abraham Hamadeyi qəbul edib.

Teleqraf xəbər verir ki, həmsöhbətlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regionun inkişaf potensialının reallaşdırılması baxımından tarixi əhəmiyyətini vurğulayıblar.

Sülhün daha da institutsional əsaslara keçirilməsinə yönəlmiş səylərə toxunulub. Humanitar məsələlərin həllinin vacibliyi qeyd edilib.

Tərəflər Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığının inkişafında görünməmiş dinamikanın müşahidə olunmasından məmnunluq ifadə ediblər. Bu dinamikanın müxtəlif sahələrdə əməkdaşlığın konkret nəticələrində özünü göstərdiyi vurğulanıb. Bu kontekstdə, qarşılıqlı faydalı bir sıra digər təşəbbüslərlə yanaşı, “Firebird AI” şirkətinin Ermənistanda süni intellekt zavodunun yaradılması xüsusi qeyd olunub.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə də toxunulub. Ararat Mirzoyan və Abraham Hamadey regional reallıqlar ətrafında da fikir mübadiləsi aparıblar.


Geri qayıt