Əsas Səhifə > Güney Press > Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurubBu gün, 14:44 |
|
Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. "Report" Ukrayna Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, vurulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır. Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub. Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarəetmə məntəqəsini vurublar. Geri qayıt |